Ali Məhkəmə Əziz Orucovun kassasiya şikayətini təmin etməyib

Daxili siyasət
  • 13 noyabr, 2025
  • 11:57
Ali Məhkəmə Əziz Orucovun kassasiya şikayətini təmin etməyib

Ali Məhkəmə "Kanal13" internet televiziyasının rəhbəri Əziz Orucovun kassasiya şikayətini təmin etməyib.

"Report"un məlumatına görə, bu barədə hakim İlkin Rəcəbovun sədrliyi ilə keçirilən prosesdə qərar qəbul olunub.

Belə ki, onun aşağı instansiya məhkəməsinin qərarından verdiyi kassasiya şikayəti təmin edilməyib və barəsindəki hökm qüvvədə saxlanılıb.

Xatırladaq ki, Səbail Rayon Məhkəməsinin hökmü ilə Ə.Orucov 2 il müddətinə azadlıqdan məhrum edilib. Daha sonra o, hökmdən apellyasiya şikayəti versə də, Bakı Apellyasiya Məhkəməsi şikayəti təmin etməyib.

Xatırladaq ki, Ə.Orucov 2023-cü ilin noyabrın 27-də saxlanılıb.

Ona qarşı Cinayət Məcəlləsinin 188.2-ci (Qanunla müəyyən edilmiş mülkiyyət, istifadə və ya icarə hüququ olmadan torpaq sahəsi üzərində özbaşına tikinti) maddəsi ilə cinayət işi açılıb və şübhəli şəxs qismində saxlanılıb.

Səbail Rayon Məhkəməsində keçirilən prosesdə Ə.Orucov barəsində həbs qətimkan tədbiri seçilib.

Daha sonra ona qarşı Cinayət Məcəlləsinin 206.3.2-ci (qaçaqmalçılıq-qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə) maddəsi ilə yeni ittiham irəli sürülüb.

Son xəbərlər

Bütün Xəbər Lenti