2024-cü ildə təbii fəlakətlər nəticəsində iqlim zərərləri 320 milyard dollar təşkil edib
- 30 sentyabr, 2025
- 11:56

2024-cü ildə təbii fəlakətlər nəticəsində iqlim zərərlərinin dəyəri 320 milyard dollar olub.
"Report" xəbər verir ki, bunu BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 30-cu sessiyası (COP30) üzrə BMT-nin yüksək səviyyəli iqlim lideri Den Yoşpeni İqlim Fəaliyyəti Həftəsinin (BCAW2025) ikinci günündə çıxışı zamanı deyib.
Onun sözlərinə görə, iqlim dəyişikliyinə qarşı mübarizə gücləndirilməlidir:
"Adaptasiya tədbirlərinin olub-olmamasından asılı olmayaraq, artıq bu sahəyə investisiyalar zərurətə çevrilib".
Bildirib ki, COP30-un fəaliyyət gündəliyində maliyyə məsələsi və uyğunlaşma tədbirləri prioritet sayılır:
"Müxtəlif qlobal və regional təşkilatlarla birlikdə biz milli uyğunlaşma planlarını investisiya edilə bilən formaya salmaq üçün çalışırıq".
D.Yoşpeni əlavə edib ki, insan mərkəzli iqlim həllərinin planlaşdırılması səmərəli olur:
"COP Sədrliyinin beşinci məktubunda təsdiqləndiyi kimi, iqlim fəaliyyətinin mərkəzində insanlar dayanmalıdır. Həqiqi dayanıqlılıq təkcə infrastrukturdan ibarət deyil. Bu, insan həyatını qorumaq, icmaları gücləndirmək və insanların uyğunlaşmaq imkanlarının artırılmasıdır".