Paşinyan Trampın Qəzza ilə bağlı təşəbbüsünü dəstəkləyib - YENİLƏNİB

Region
  • 30 sentyabr, 2025
  • 14:18
Paşinyan Trampın Qəzza ilə bağlı təşəbbüsünü dəstəkləyib - YENİLƏNİB

Ermənistan ABŞ Prezidenti Donald Trampın Qəzza zolağında müharibənin dayandırılması təşəbbüsünü dəstəkləyir.

"Report" xəbər verir ki, bu barədə Ermənistanın Baş naziri Nikol Paşinyan "X" sosial şəbəkəsində yazıb.

"Biz Prezident Trampın Qəzzada müharibəyə son qoyulması ilə bağlı təşəbbüsünü dəstəkləyirik. Ermənistan tərəflərin bu təklifi reallaşdıracağına və sülhün dərhal bərqərar olacağına ümid edir", - o qeyd edib.

Ermənistan ABŞ Prezidenti Donald Trampın Qəzza zolağında vəziyyətin nizamlanması ilə bağlı sülh planını alqışlayır.

"Report" xəbər verir ki, bu barədə Ermənistan XİN-in "X" hesabında dərc olunmuş bəyanatında deyilir.

"Biz ABŞ Prezidenti Donald Trampın Qəzza böhranına son qoyulması ilə bağlı təşəbbüsünü dəstəkləyirik. Ermənistan tərəflərin bu təklifi reallaşdıracağına və sülhün dərhal bərqərar olacağına ümid edir", - bəyanatda qeyd olunub.

Son xəbərlər

Bütün Xəbər Lenti