"TuranBank" "Ən yaxşı KOS maliyyələşməsi layihəsi" nominasiyası üzrə beynəlxalq mükafata layiq görülüb

Biznes
  • 05 sentyabr, 2025
  • 16:43
TuranBank Ən yaxşı KOS maliyyələşməsi layihəsi nominasiyası üzrə beynəlxalq mükafata layiq görülüb

Azərbaycanın aparıcı maliyyə institutlarından biri olan "TuranBank", Asiya İnkişaf Bankı (ADB) tərəfindən təşkil olunan və beynəlxalq maliyyə sektorunda yüksək nüfuza malik olan "11-ci Ticarət və Təchizat Zəncirinin Maliyyələşdirilməsi Proqramı üzrə Mükafatlar – 2025" ("11th Trade and Supply Chain Finance Program Awards 2025") çərçivəsində "Ən Yaxşı KOS Maliyyələşməsi Layihəsi" ("Best SME Deal of the Year") nominasiyasının qalibi elan edilib.

 Mükafat sentyabrın 2-də Sinqapurda keçirilən rəsmi tədbir zamanı təqdim olunub. 

 Qeyd edək ki, ADB tərəfindən təşkil olunan bu nüfuzlu müsabiqədə müxtəlif ölkələrdən olan bankların ticarət və təchizat zənciri maliyyələşməsi sahəsində həyata keçirdikləri layihələr, kiçik və orta sahibkarlığın dəstəklənməsi istiqamətində atdıqları addımlar və innovativ yanaşmaları hərtərəfli təhlil edilərək qiymətləndirilib. "TuranBank"ın bu prestijli mükafata layiq görülməsi, Bankın KOS sektorunun inkişafı istiqamətində atdığı səmərəli və davamlı addımların, eləcə də beynəlxalq maliyyə institutları ilə uğurla həyata keçirdiyi strateji tərəfdaşlıqların bariz nümunəsidir.

Məlumat üçün bildirək ki, yarandığı tarixdən etibarən 33 il ərzində özünün 22 satış nöqtəsilə daim inkişaf yolunu tutmuş, xidmətləri ilə həm keyfiyyət, həm də kəmiyyət baxımından maliyyə sektorunda önəmli mövqeyə sahib olmuş "TuranBank" mikro, kiçik və orta sahibkarlıq subyektlərinin  maliyyələşdirilməsi üzrə beynəlxalq kredit xətlərinin cəlb edilməsi istiqamətində əməkdaşlıq əlaqələrini uğurla inkişaf etdirir. Bank Asiya İnkişaf Bankı (ADB), EMF Mikromaliyyə Fondu, Blue Orchard İnvestisiya Fondu, Qara Dəniz Ticarət və İnkişaf Bankı (BSTDB), Özəl Sektorun İnkişafı üzrə İslam Korporasiyası (ICD), İncofin İnvestisiya fondu, ECO Ticarət və İnkişaf Bankı (ECO TDB) və s. kimi nüfuzlu maliyyə təşkilatları ilə kiçik və orta sahibkarlıq layihələri üzrə birgə əməkdaşlıq edərək qeyri-neft sektorunun davamlı inkişafına ciddi dəstək olur.

 "TuranBank"

Bizimlə etibarlıdır...