Nazir: "Azərbaycan və İordaniya əməkdaşlığı genişləndirmək üçün mexanizmlər yaradacaq"

Biznes
  • 27 noyabr, 2025
  • 14:20
Nazir: Azərbaycan və İordaniya əməkdaşlığı genişləndirmək üçün mexanizmlər yaradacaq

Azərbaycan və İordaniyanın dövlət qurumları əməkdaşlığı genişləndirmək üçün zəruri mexanizmlər yaradacaq.

"Report" xəbər verir ki, bunu maliyyə naziri Sahil Babayev Azərbaycan və İordaniya arasında ticarət, iqtisadi və texniki əməkdaşlıq üzrə Hökumətlərarası Komissiyanın Bakıda keçirilən iv iclasının yekunlarına dair mətbuat konfransında bildirib.

Onun sözlərinə görə, iclas çərçivəsində Azərbaycan və İordaniya arasında əməkdaşlığın genişləndirilməsi perspektivləri müzakirə edilib.

"Eyni zamanda, müzakirələr zamanı investisiyalar, iqtisadi əməkdaşlıq, turizm, nəqliyyat, hava nəqliyyatı, tranzit daşımaları, humanitar əlaqələr və digər sahələrdə gələcək addımlarımızı müəyyən etdik", - nazir qeyd edib.

S.Babayev vurğulayıb ki, müzakirələr zamanı əsas diqqət Azərbaycan və İordaniya arasında dostluq münasibətlərinin daha da inkişafına yönəldilib, ölkələr arasında yüksək səviyyəli siyasi əlaqələrin dərinləşdirilməsi və siyasi dialoqun genişləndirilməsi üçün isə əlavə tədbirlər görülməlidir.

"Hökumətlərarası Komissiyanın iclasının yekunu üzrə əməkdaşlıq çərçivəsində növbəti addımlarla bağlı protokol və tədbirlər planı imzalanıb. Bu sənədə uyğun olaraq qarşıdakı dövrdə dövlət qurumlarımız əməkdaşlığın genişləndirilməsi, həmçinin iki ölkənin işgüzar dairələri arasında daha açıq əlaqələr üçün zəruri mexanizmlər yaradacaq", - nazir əlavə edib.

Son xəbərlər

Bütün Xəbər Lenti