Fərid Məmmədov: Füzulidə açılan DOST məntəqəsində vətəndaşlara 3 sahə üzrə 120 xidmət göstəriləcək

Sosial müdafiə
  • 27 noyabr, 2025
  • 15:39
Fərid Məmmədov: Füzulidə açılan DOST məntəqəsində vətəndaşlara 3 sahə üzrə 120 xidmət göstəriləcək

Füzuli şəhərində açılan DOST məntəqəsində vətəndaşlara 3 sahə üzrə 120 xidmət göstəriləcək.

Bunu "Report"un Füzuliyə ezam olunan əməkdaşına açıqlamasında DOST Agentliyi İdarə Heyətinin sədri Fərid Məmmədov deyib.

"Bu gün Füzuli şəhərində fəaliyyətə başlayan Qarabağ Regional DOST mərkəzinin ilk xidmət məntəqəsində burada məskunlaşmış vətəndaşlara sosial müdafiə, sosial təminat, məşğulluq və əmək münasibətləri istiqamətində xidmətlər göstəriləcək. Müasir formatda inşa olunan xidmət məntəqəsinin ərazisi 200 kvadratmetrdir və burada yeni texnologiyalar tətbiq olunub. Məntəqədə yalnız DOST Agentliyi deyil, həm də Dövlət Məşğulluq Agentliyi ilə Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin xidmətləri də vətəndaşlara təqdim olunacaq",- F.Məmmədov vurğulayıb.

O məntəqədə göstəriləcək xidmətlərdən də bəhs edib:

"DOST agentliyi vətəndaşlara ümumilikdə 120 xidmət göstərəcək. Eyni zamanda Məşğulluq Agentliyi tərəfindən də məntəqədə aktiv məşğulluq tədbirləri, işsiz və işaxtaran şəxslərə məşğulluqla bağlı müxtəlif xidmətlər göstəriləcək. Bundan başqa, KOBİA tərəfindən də müxtəlif xidmətlərin göstərilməsi planlaşdırılır".

Son xəbərlər

Bütün Xəbər Lenti