Azərbaycanın "İstisu" mineral suları Belarus bazarına daxil olub

Biznes
  • 15 oktyabr, 2025
  • 11:47
Azərbaycanın İstisu mineral suları Belarus bazarına daxil olub

Azərbaycanın "İstisu" mineral sularının Belarusa ixracına başlanılıb.

"Report" xəbər verir ki, bunu Azərbaycanın İxracın və İnvestisiyaların Təşviqi Agentliyinin (AZPROMO) icraçı direktorunun müavini Tural Hacılı Azərbaycan-Belarus biznes forumunda çıxışı zamanı bildirib.

Onun sözlərinə görə, tərəflər ixracın həyata keçirilməsi üçün bütün zəruri mərhələləri uğurla reallaşdırıblar.

"Biz "İstisu" mineral sularını Belarus bazarına çıxarırıq. Müqavilə imzalanıb, Avrasiya İqtisadi İttifaqı çərçivəsində laboratoriya sınaqları və qeydiyyat başa çatıb. Artıq məhsulun ilk partiyası ixrac edilib", - T.Hacılı qeyd edib.

Son xəbərlər

Bütün Xəbər Lenti