Azərbaycanda ölçmə vasitələrini yoxlayanların növbəti attestasiyası olacaq

Biznes
  • 22 sentyabr, 2025
  • 12:22
Azərbaycanda ölçmə vasitələrini yoxlayanların növbəti attestasiyası olacaq

Sentyabrın 30-da Prezident yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyi tərəfindən ölçmə vasitələrinin yoxlanılması fəaliyyətini həyata keçirən fiziki şəxslərin növbəti attestasiyası keçiriləcək.

"Report" bu barədə agentliyə istinadən xəbər verir.

Attestasiya Komissiyası yoxlayıcıların peşə (təhsili və təcrübəsi) və nəzəri metrologiya biliklərini, kommunikasiya bacarıqlarını, ölçmələrin vəhdətinin təmin edilməsi sahəsində qanunvericilik aktları üzrə biliklərinin qiymətləndirilməsini aparacaq.

"Ölçmə vasitələrinin yoxlanılmasını həyata keçirən fiziki şəxslərin attestasiyası Qaydaları"na əsasən, ölçmə vasitələrinin yoxlanılması fəaliyyətini həyata keçirən fiziki şəxslər, eləcə də bu sahədə akkreditasiya olunan qurumların yoxlayıcı qismində fəaliyyət göstərən əməkdaşları attestasiya olunmaq məqsədilə 25 sentyabra qədər müvafiq ərizə formasını ("Ölçmə vasitələrinin yoxlanılmasını həyata keçirən fiziki şəxslərin attestasiyası Qaydaları"na 1 nömrəli əlavə) doldurmaqla Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyinə birbaşa ərizə, rəsmi internet səhifəsi (https://competition.gov.az/az/page/muraciet/erize-sikayet-teklif) və elektron poçt ([email protected]) vasitəsilə müraciət edə bilərlər.

Attestasiyadan uğurla keçmiş yoxlayıcılara Agentlik 5 il müddətinə qüvvədə olan attestat təqdim edəcək.

Son xəbərlər

Bütün Xəbər Lenti