BƏƏ-nin səfiri: Azərbaycanda olduğu kimi, Türkiyədə də COP-un uğurla keçiriləcəyinə inanırıq

Ekologiya
  • 01 dekabr, 2025
  • 16:24
BƏƏ-nin səfiri: Azərbaycanda olduğu kimi, Türkiyədə də COP-un uğurla keçiriləcəyinə inanırıq

Azərbaycandakı kimi Türkiyədə də COP-un uğurla keçiriləcəyinə bir müsəlman dövləti olaraq inamımız tamdır.

Bunu "Report"un Türkiyə bürosuna Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) bu ölkədəki səfiri Səid Tani Hareb Əl-Dhaheri bildirib.

Diplomatiyanın sadəcə siyasətdən ibarət olmadığını vurğulayan səfir bura iqtisadiyyat, mədəniyyət, tolerantlıq və eyni zamanda "yumşaq güc"ün daxil olduğunu qeyd edib: "Ən əsası isə günümüzdə daha aktual olan ekologiya və iqlim dəyişiklikləri bütün dünyanın marağında olan qlobal məsələyə çevrilib. Azərbaycanın BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransını - COP 29-u uğurlu şəkildə icra etməsini bir müsəlman dövləti olaraq qürurla izlədik. Bu baxımdan mən əminliklə deyə bilərəm ki, Türkiyə də COP-31-ə ev sahibliyi etməyə hazırdır".

Səfir onu da qeyd edib ki, bir neçə gün öncə Sıfır Tullantı Hərəkatının qurucusu və Sıfır Tullantı Fondunun fəxri prezidenti Əminə Ərdoğanın iştirakı və çıxışı ilə İstanbulda keçirilən "Qida və su israfının qarşısının alınması - gələcəyi qəbul etmək" mövzusunda yüksək səviyyəli kənd təsərrüfatı nazirləri panelinə qatılıb. Tədbirdə də COP-31 ilə bağlı məsələlər və Əminə Ərdoğanın liderliyi altında güclü layihələrin həyata keçiriləcəyi vurğulanıb: "Görünən o ki, Türkiyə bu mühüm hadisəyə ciddi şəkildə hazırlaşır".

Diplomat BƏƏ-nin də iqlim məsələlərinə çox böyük əhəmiyyət verdiyini də vurğulaylb: "Bu mənada çox gözəl təşəbbüslərimiz var. Və düşünürəm ki, bu istiqamətdə gələcəkdə də uğurlu layihələrimiz olacaq".

Son xəbərlər

Bütün Xəbər Lenti