Azərbaycanda uyğunluğun qiymətləndirilməsi sxemlərinin ümumi siyahısı və prosedurları təsdiqlənib
- 28 noyabr, 2025
- 12:36
Nazirlər Kabineti "Uyğunluğun qiymətləndirilməsi sxemlərinin (modullarının) ümumi siyahısı və həmin sxemlərin (modulların) ətraflı müddəalarını ehtiva edən uyğunluğun qiymətləndirilməsi prosedurları"nı təsdiq edib.
"Report" xəbər verir ki, bununla bağlı Baş nazir Əli Əsədov yeni qərar imzalayıb.
Qərar "Texniki tənzimləmə haqqında" qanunun tələblərinin icrası üçün qəbul olunub və ölkədə məhsul, onunla əlaqəli proses və istehsal metodlarının təhlükəsizlik və texniki normativlərə uyğunluğunun daha şəffaf, aydın və beynəlxalq normalara əsaslanmış şəkildə qiymətləndirilməsini təmin edir.
Qərar uyğunluğun qiymətləndirilməsi prosesində iştirak edən qurumlar üçün həm hüquqi baza yaradır, həm də prosedur qaydalarını müəyyənləşdirərək sistemləşdirir. Bu da öz növbəsində texniki tənzimləmə sisteminin səmərəliliyini artırır və istehlakçıların təhlükəsizliyinin təmin olunmasına xidmət edir.