Azərbaycan Türkiyədən mal idxalına çəkdiyi xərci 6 % artırıb
- 04 dekabr, 2025
- 15:45
Bu ilin yanvar-noyabr aylarında Azərbaycan Türkiyədən 2 milyard 164,022 milyon ABŞ dolları dəyərində mal idxal edib.
"Report" Türkiyənin Ticarət Nazirliyinə istinadən xəbər verir ki, bu, 2024-cü ilin eyni dövrünə nisbətən 6,1 % çoxdur.
Türkiyənin Azərbaycana ixracı onun ümumi ixracının 1 %-ni təşkil edib.
Hesabat dövründə Türkiyənin ümumi ixracının dəyəri illik müqayisədə 4,1 % artaraq 214 milyard 221,658 milyon ABŞ dollarına çatıb.
Türkiyədən ən çox idxalı Almaniya 18,292 milyard ABŞ dolları (1 il əvvələ nisbətən 9,9 % çox), Böyük Britaniya 12,748 milyard ABŞ dolları ( 9,6 % çox), ABŞ 11,866 milyard ABŞ dolları (3,3 % az) və İtalya 11,368 milyard ABŞ dolları (4,6 % çox) həyata keçirib.
Təkcə noyabrda isə Türkiyədən Azərbaycana 182,777 milyon ABŞ dolları dəyərində mal ixrac edilib ki, bu da illik müqayisədə 6,6 % azdır. Türkiyənin Azərbaycana aylıq ixracı ümumi ixracının 0,9 %-i qədər olub.