Azərbaycan sahibkarları indiyə qədər 600-dən çox investisiya təşviqi sənədi alıb

Biznes
  • 07 oktyabr, 2025
  • 15:20
Azərbaycan sahibkarları indiyə qədər 600-dən çox investisiya təşviqi sənədi alıb

İndiyə qədər İqtisadiyyat Nazirliyi 610-dan artıq layihəyə investisiya təşviqi sənədi verib.

"Report" xəbər verir ki, bunu nazirliyin Sənaye şöbəsinin sektor müdiri Vüsal Bağırov Bakıda "Tekstil Sektorunun İnkişafı və Qlobal İnteqrasiyasının Təşviqi" adlı seminarda deyib.

Onun sözlərinə görə, bu sənədlər 7,4 milyard manatdan çox investisiya qoyuluşunu, 40 mindən çox iş yeri yaradılmasını nəzərdə tutur.

"İnvestisiya təşviqi mexanizmi 2016-cı ildən tətbiq edilir. Bu mexanizm çərçivəsində sahibkarlar 7 illik azadetmələr əldə edirlər", - deyə nazirlik rəsmisi əlavə edib.

Bundan başqa, onun sözlərinə görə, Nazirlər Kabinetinin müvafiq qərarına əsasən bir sıra əsas vəsaitlərin, texnikaların və qurğuların idxalının ƏDV-dən azad edilməsi nəzərdə tutulub. Bu siyahıda yer alan qurğuların təxminən 25 %-i də tekstil sektorunun payına düşür.

Son xəbərlər

Bütün Xəbər Lenti