Səfir: "Almaniya Azərbaycanla ikitərəfli əlaqələrin yüksək səviyyədə aktivləşdiriləcəyinə ümid edir"

Biznes
  • 07 oktyabr, 2025
  • 16:58
Səfir: Almaniya Azərbaycanla ikitərəfli əlaqələrin yüksək səviyyədə aktivləşdiriləcəyinə ümid edir

Almaniya Azərbaycanla ikitərəfli əlaqələrin yüksək səviyyədə sürətləndiriləcəyinə ümid edir.

Bu barədə "Report"a açıqlamasında Almaniyanın Azərbaycandakı səfiri Ralf Horlemann bildirib.

"Siyasi məsləhətləşmələr iyul ayında baş tutub. Onlar hər il keçirilir. Əlbəttə, bizim bütün platformalarımızda çox sıx siyasi dialoq formalaşır. Almaniyanın xarici işlər naziri Yohan Vadeful Azərbaycan həmkarı Ceyhun Bayramovla Nyu-Yorkda keçirilən iclas çərçivəsində [BMT Baş Assambleyasının 80-ci sessiyasının Yüksək Səviyyəli Həftəsi çərçivəsində - red.] görüşüb.

Ümid edirik ki, gələcəkdə təkcə xarici işlər nazirləri səviyyəsində deyil, həm də bütün digər səviyyələrdə ikitərəfli əlaqələr çox olacaq. Bu isə siyasi dialoqu dərinləşdirməyə, yalnız iqtisadi qarşılıqlı fəaliyyətlə məhdudlaşmamağa imkan verəcək", - R.Horlemann bildirib.

Son xəbərlər

Bütün Xəbər Lenti