Məcnun Məmmədov: "Rəqəmsal və süni intellekt yol xəritəsi hazırlanır"
- 01 oktyabr, 2025
- 10:26

Kənd Təsərrüfatı Nazirliyi ikiillik rəqəmsal və süni intellekt yol xəritəsi hazırlayır.
"Report" xəbər verir ki, bunu kənd təsərrüfatı naziri Məcnun Məmmədov Bakı İqlim Fəaliyyəti Həftəsinin (BCAW2025) üçüncü günündə çıxışı zamanı deyib.
Onun sözlərinə görə, beynəlxalq tərəfdaşlarla birlikdə artıq 30-dan çox praktik istifadə nümunəsini - bitki sortlarının xəritələndirilməsindən və torpağın monitorinqindən tutmuş məhsul proqnozlaşdırılması və suya qənaətli suvarmaya qədər əhatə edən ikiillik rəqəmsal və süni intellekt yol xəritəsini hazırlanır: "Pilot layihələr icra olunur və ölkə üzrə tətbiqi yaxınlaşır. Bu məlumatlara əsaslanan alətlər fermerlərimizə daha ağıllı qərarlar qəbul etməyə, dayanıqlılığı gücləndirməyə və qarşıdakı illərdə əhəmiyyətli iqtisadi dəyər açmağa kömək edəcək".