Şəhriyar Məmmədyarov: Əslində Avropa yarışında çempion komandaya da qalib gəlmişik

Fərdi
  • 16 oktyabr, 2025
  • 01:38
Şəhriyar Məmmədyarov: Əslində Avropa yarışında çempion komandaya da qalib gəlmişik

Əslində Avropa turnirində biz çempion komandaya da qalib gəlmişik.

"Report" xəbər verir ki, bunu Gürcüstanın Batumi şəhərində keçirilən şahmat üzrə komandalar arasında Avropa çempionatını ikinci pillədə başa vurmaqla gümüş medala layiq görülmüş Azərbaycanın kişilərdən ibarət millisinin üzvü Şəhriyar Məmmədyarov jurnalistlərə açıqlamasında deyib.

O, qeyd edib ki, birinci yer uğrunda əzmlə mübarizə aparıblar: "Son tura qədər birinci yer uğrunda mübarizə apardıq. Birinci yeri qazanmaq üçün şanslar ola bilərdi. Sadəcə, Ukrayna komandası turnirdə inanılmaz şəkildə iştirak etdi. Onlar bizdən başqa hamıya qalib gəldilər. Təkcə bizə məğlub oldular. Əslində biz çempion komandaya da qalib gəlmişik. Ona görə də özümüzü rahat hiss edirik. Möhtəşəm nəticəyə görə komanda yoldaşlarıma, federasiyaya və bizi dəstəkləyən hər kəsə təşəkkür edirəm".

Ş.Məmmədyarov vurğulayıb ki, Azərbaycan komandası Avropa birinciliyində çox medallar qazanıb: "Bu medalların sayına görə Avropada birinciyik. Ən çox titulları da biz qazanmışıq. İnşallah digər gənclərimiz də daha güclü olacaqlar. Bir neçə ildən sonra biz öz yerlərimizi həmin gənclərə verəcəyik. İnşallah onlar da bizim qazandığımız uğurları davam etdirərlər".

Son xəbərlər

Bütün Xəbər Lenti