Azərbaycanın icmal büdcəsinin gəlirləri yaxın 4 ildə 50 milyard manatı keçə bilər
- 16 oktyabr, 2025
- 00:23

2026-cı ildə Azərbaycanın icmal büdcəsinin təxminən 45 milyard manat məbləğində proqnozlaşdırılan gəlirləri neftin büdcə qiymətinin 65 ABŞ dolları/barrel həddinə (baza ssenari) uyğundur.
"Report" xəbər verir ki, bu, Maliyyə Nazirliyinin yaxın 4 il üçün açıqladığı Ortamüddətli Xərclər Çərçivəsində əksini tapıb.
Sənədə əsasən, neftin orta qiyməti 75 ABŞ dolları/barrel olsa (optimist ssenari) icmal büdcənin gəlirləri 46,9 milyard manat təşkil edəcək, əksinə 55 ABŞ dolları\barrel olsa (pessimist ssenari) 43,1 milyard manat olacaq.
2029-cu ildə isə icmal büdcənin gəlirlərin neftin yuxarıda göstərilən qiymətlərindən asılı olaraq 50,4 milyard manat (baza ssenari), 53,7 milyard manat (optimist ssenari) və 48,3 milyard manat (pessimist ssenari) olacağı proqnozlaşdırılır.