TDT Baş katibi: Zəngəzur dəhlizi yalnız türk dövlətləri yox, region və dünya üçün çox önəmlidir
- 05 dekabr, 2025
- 13:12
Zəngəzur dəhlizi yalnız türk dövlətləri yox, bütövlükdə region və dünya üçün çox önəmlidir.
Bunu "Report"a açıqlamasında Türk Dövlətləri Təşkilatının (TDT) Baş katibi Kubanıçbek Ömüralıyev deyib.
Onun sözlərinə görə, Zəngəzur dəhlizi türk dövlətlərinin Qərbə çıxışını təmin edən qədim İpək Yolunun ən vacib istiqamətlərindən biridir:
"O baxımdan, Zəngəzur dəhlizi yalnız Azərbaycan və türk dünyası üçün deyil, eyni zamanda, bütün region, o cümlədən Qərb, Avropa, hətta Ermənistan üçün də çox faydalıdır. Bu sırada Azərbaycan və Ermənistan liderlərinin bu ilin avqustunda Vaşinqtonda əldə etdikləri razılaşmasını yüksək qiymətləndirirəm. Məncə bu, tarixi addımdır".
Baş katib həmçinin Bakıda TDT ölkələri əmək, məşğulluq və sosial müdafiə nazirlərinin birinci iclasının önəminə toxunaraq qeyd edib ki, türk dövlətlərinin həyata keçirdiyi fəaliyyətilər arasında bu istiqamətdə gördüyü işlər xüsusi əhəmiyyət daşıyır:
"Qardaş ölkələr arasında əməkdaşlıq güclənir və bizim vətəndaşlarımız həm öz ölkələrində, həm də digər qardaş ölkələrdə fəal şəkildə çalışırlar".