Lebron Ceymsin 18 illik seriyası qırılıb
Komanda
- 05 dekabr, 2025
- 13:53
Milli Basketbol Assosiasiyası (NBA) təmsilçisi "Los Anceles Leykers"in hücumçusu Lebron Ceymsin 18 illik xal seriyası qırılıb.
"Report" NBA-ya istinadən xəbər verir ki, təcrübəli basketbolçu ilk dəfə bir matçda 10 xaldan az toplayıb.
Bu, müntəzəm mövsümün "Toronto"nu məğlub etdikləri səfər matçında (123:120) qeydə alınıb. 40 yaşlı amerikalı 8 xal, 6 ribaund və 11 məhsuldar ötürmə ilə yadda qalıb.
L.Ceyms sonuncu dəfə 2007-ci ildə bir oyunda 10 xaldan az toplamışdı.
Qeyd edək ki, L.Ceyms 2025/2026 mövsümündə meydana çıxdığı 6 oyunda orta hesabla 14 xal, 4.3 ribaund və 7.8 məhsuldar ötürmə ilə yadda qalıb. O, hər matçda orta hesabla 32.8 dəqiqə oynayıb.
Son xəbərlər
16:20
Abbas Əraqçi: Regionun təhlükəsizliyi İransız qurula bilməz
Region16:05
İsrailin Beyruta hücumu zamanı "Hizbullah" komandirlərindən biri həlak olub - YENİLƏNİB
Digər ölkələr16:00
DÇ-2026: Almaniya və Niderland milliləri mübarizəyə başlayır
Futbol15:55
Rektor Anar Eminov: "Milli Qurtuluş Günü Azərbaycan təhsilinin uğurlu gələcəyinə gedən yolun təməlidir"
Daxili siyasət15:46
Video
Müdafiə Nazirliyinin həftəlik icmalı yayımlanıb
Hərbi15:40
Alimlər şəkərdən tamamilə imtina etməyin mənfi nəticələrini aşkar ediblər
Sağlamlıq15:39
Qətər nümayəndə heyəti ABŞ ilə razılaşma üzrə danışıqları yekunlaşdırmaq üçün İrandadır
Digər ölkələr15:05
Foto
Bakıda III Beynəlxalq Mənəvi İnkişaf və Bədən Təcrübələri Festivalı başa çatıb
Mədəniyyət14:54