Ukrayna XİN Azərbaycanın konsulluğuna hücumu qınadı

Xarici siyasət
  • 08 noyabr, 2020
  • 06:03
Ukrayna XİN Azərbaycanın konsulluğuna hücumu qınadı

Ukrayna Xarici İşlər Nazirliyi Azərbaycan Respublikasının Xarkov şəhərindəki Fəxri konsuluğunun binasının naməlum şəxslər tərəfindən atəşə tutulmasını qəti şəkildə qınayır.

Bu barədə “Report” Ukrayna XİN-nin bəyanatına istinadən xəbər verir.

Qeyd olunub ki, hüquq-mühafizə orqanları tərəfindən lazımi təhqiqat tədbirləri başladılıb: “Bunu törədənlər cinayət məsuliyyətinə cəlb olunmalıdır”.

Qeyd edək ki, Noyabrın 7-si gecə saatlarında Azərbaycanın Ukraynanın Xarkov şəhərindəki Fəxri Konsulluğu silahlı hücuma məruz qalıb.