TÜİB sədri: Zəlzələ bölgəsi Adıyamanda küçələrdən birinə Azərbaycan adı veriləcək

Xarici siyasət
  • 17 dekabr, 2025
  • 16:12
TÜİB sədri: Zəlzələ bölgəsi Adıyamanda küçələrdən birinə Azərbaycan adı veriləcək

Zəlzələ bölgəsi Adıyamanda küçələrdən birinə Azərbaycan adı veriləcək.

Bunu "Report"un Türkiyə bürosuna açıqlamasında Türkiyə-Azərbaycan İş Adamları və Sənayeçiləri İctimai Birliyinin (TÜİB) sədri Hüseyin Büyükfırat bildirib.

O qeyd edib ki, Azərbaycan 2023-cü ildə Türkiyədə baş verən 6 fevral zəlzələsindən sonra bölgənin abadlaşdırılmasına çox vacib dəstək verib və o ərazilərdən biri də ən çox dağıntıya məruz qalan Adıyaman şəhəridir:

"Adıyamanda da bütün həyat dayanmışdı, şəhərin mərkəzi darmadağın olmuşdu. Biz Azərbaycandan oraya "Qardaş köməyi" layihəsi çərçivəsində tırlarla yardım dəstəyi etdik. Bunu da adıyamanlılar unutmayıb və qardaş türk xalqına ehtiram əlaməti olaraq mərkəzi küçələrdən birinə Azərbaycan adı verilməsi qərar alınıb".

Son xəbərlər

Bütün Xəbər Lenti