Sofiya Said Şah: Azərbaycan Kəşmir məsələsində hər zaman Pakistanın mövqeyini birmənalı dəstəkləyib
- 29 oktyabr, 2025
- 12:04
Azərbaycan Cammu və Kəşmir məsələsində hər zaman Pakistanın mövqeyini birmənalı dəstəkləyib.
"Report" xəbər verir ki, bunu Pakistan Milli Assambleyanın üzvü Sofiya Said Şah Milli Məclisdə keçirilən "Konstitusiya müasir dünyada dövlətlərin müstəqilliyinin və suverenliyinin təməli kimi" mövzusuna həsr olunmuş beynəlxalq parlament konfransında deyib.
Onun sözlərinə görə, iki ölkə arasında münasibətlər parlamentlər səviyyəsində də inkişaf edir:
"İslamabadda keçirilən Azərbaycan, Türkiyə və Pakistan parlament sədrlərinin görüşü bunun bariz nümunəsidir. Azərbaycan və Pakistan hər zaman bir-birini dəstəkləyib. Azərbaycan Cammu və Kəşmir məsələsində hər zaman Pakistanın mövqeyini birmənalı dəstəkləyib. Bu kimi məqamlar və davamlı görüşlər əlaqələrin yeni səviyyəyə çatmasında mühüm rol oynayır".