İsrail ordusu HƏMAS-a zərbələrdən sonra Qəzzada atəşkəs rejimini bərpa edib

Digər ölkələr
  • 29 oktyabr, 2025
  • 14:16
İsrail ordusu HƏMAS-a zərbələrdən sonra Qəzzada atəşkəs rejimini bərpa edib

İsrail ordusu HƏMAS-ın onlarla hədəfinə irimiqyaslı zərbələrdən sonra Qəzzada atəşkəs rejiminin bərpa olunduğunu elan edib.

Bu barədə "Report" "The Times of Israel"ə istinadən xəbər verir.

"Siyasi rəhbərliyin direktivinə uyğun olaraq və onlarla obyektin vurulduğu zərbələrdən sonra İsrail ordusu HƏMAS tərəfindən pozulmuş atəşkəs rejiminin təmin edilməsi üçün tədbirlərin bərpasına başlayıb", - hərbçilərin bəyanatında deyilir.

İsrail ordusu gecə və səhər saatlarında baş verən hücumlar zamanı Qəzzada HƏMAS və digər radikal qruplaşmaların 30-dan çox komandirinin öldürüldüyünü bildirib.

"İsrail Müdafiə Ordusu atəşkəs sazişinə riayət etməyə davam edəcək və hər hansı bir pozuntuya sərt cavab verəcək", - hərbçilər əlavə ediblər.

Son xəbərlər

Bütün Xəbər Lenti