BVF: Şatdaun ABŞ-nin iqtisadi artımına mənfi təsir edib

Digər ölkələr
  • 13 noyabr, 2025
  • 21:13
BVF: Şatdaun ABŞ-nin iqtisadi artımına mənfi təsir edib

Beynəlxalq Valyuta Fondu (BVF) hesab edir ki, ABŞ-də hökumətin qismən fəaliyyətini dayandırması 2025-ci ilin dördüncü rübündə ölkədə ÜDM-nin artımına mənfi təsir göstərib.

"Report"un məlumatına görə, bu barədə BVF-nin rəsmi nümayəndəsi Culi Kozak jurnalistlər üçün keçirdiyi ənənəvi brifinqdə bildirib.

"O ki qaldı şatdauna, gözləyirik ki, bu səbəbdən 2025-ci ilin dördüncü rübündə ABŞ-nin iqtisadi artımı düşündüyümüzdən daha aşağı olacaq. Dördüncü rübdə mənfi təsir edəcək. Bu, (ÜDM-də) azalma olacağı anlamına gəlmir. 2026-cı ilin birinci rübündə müəyyən qədər canlanma olacağını gözləyirik", - Kozak qeyd edib.

BVF-nin nümayəndəsi qeyd edib ki, ABŞ iqtisadiyyatı son bir neçə ildə dayanıqlılıq nümayiş etdirib. "İndi artan gərginliyin şahidi oluruq. Daxili tələbat azalır və məşğulluq artımı yavaşlayır. İmmiqrasiya axınlarının yavaşlaması, tariflər və gələcək siyasətlə bağlı daha geniş qeyri-müəyyənlik iqtisadi fəaliyyətə mənfi təsir göstərir", - o vurğulayıb.

Kozakın sözlərinə görə, ölkədə inflyasiyanın artması riski var və bu, əsasən tariflərlə bağlıdır.

ABŞ Prezidenti Donald Tramp 12 noyabr axşamı federal hökumətin maliyyələşdirilməsini 30 yanvar 2026-cı ilə qədər uzadan qanun layihəsini imzalayıb. Bu, ABŞ tarixində rekord qıran şatdaunun 43-cü günüdür.

Son xəbərlər

Bütün Xəbər Lenti