Səfir: Azərbaycanın ərazi bütövlüyünün həllində təcrübəsi bizim üçün son dərəcə vacibdir

Xarici siyasət
  • 09 oktyabr, 2025
  • 12:55
Səfir: Azərbaycanın ərazi bütövlüyünün həllində təcrübəsi bizim üçün son dərəcə vacibdir

Azərbaycan postsovet məkanında ərazi bütövlüyünü təkbaşına həll edən ilk ölkədir.

"Report"un məlumatına görə, bunu Moldovanın Azərbaycandakı səfiri Aleksandr Esaulenko "Kritik İnfrastrukturun Müdafiə Yarışı" (CIDC-2025) konfransı çərçivəsində jurnalistlərə bildirib.

"Bu, şübhəsiz ki, Prezident İlham Əliyevin xidmətidir. Qeyd etmək istərdim ki, Azərbaycanı və Moldovanı ortaq keçmiş birləşdirir. Ölkələrimizdə ərazi münaqişələri mövcud olub. Lakin Azərbaycan postsovet məkanında ilk dəfə öz gücü ilə tarixi ədalətə nail olub. Moldova indi öz ərazi məsələlərinin həlli yolundadır. Bu baxımdan Azərbaycanın təcrübəsi bizim üçün son dərəcə vacibdir", - diplomat qeyd edib.

Son xəbərlər

Bütün Xəbər Lenti