Saray qəsəbəsində baş verən avtoqəzada xəsarət alanların vəziyyəti açıqlanıb - YENİLƏNİB-2

Hadisə
  • 09 oktyabr, 2025
  • 17:37
Saray qəsəbəsində baş verən avtoqəzada xəsarət alanların vəziyyəti açıqlanıb - YENİLƏNİB-2

Abşeron rayonu Saray qəsəbəsində baş verən yol-nəqliyyat hadisəsində xəsarət alan şəxslərin vəziyyəti açıqlanıb.

Bu barədə "Report"un yerli bürosuna Sumqayıt Tibb Mərkəzindən məlumat verilib.

Qeyd olunub ki, oktyabrın 9-da saat 15:20 radələrində Təcili Tibbi Yardım Xəstəxanasına 4 nəfər (kişi) hospitalizasiya olunub.

Döş qəfəsinin hematoması diaqnozu təyin edilən 1990-cı il təvəllüdlü şəxs Reanimasiya şöbəsinə yerləşdirilib. Aparılan reanimasiya tədbirlərinə baxmayaraq, onun bioloji ölüm faktı qeydə alınıb.

Müxtəlif bədən xəsarətləri alan digər şəxslərə isə Təcili tibbi yardım şöbəsində zəruri tibbi xidmətlərin göstərilməsi davam etdirilir, vəziyyətləri stabildir.

Saray qəsəbəsində ağır yol-nəqliyyat hadisəsi baş verib.

"Report"un yerli bürosu xəbər verir ki, hadisə zamanı "Mitsubishi", "Ravon", "Opel" və "Toyota" markalı minik avtomobilləri toqquşub.

Qəza nəticəsində xəsarət alan dörd nəfərdən biri - 1990-cı il təvəllüdlü İngilabzadə Elxan İlham oğlu hadisə yerində ölüb.

Xəsarət alan digər üç nəfər dərhal xəstəxanaya çatdırılıb.

Hadisə ilə bağlı araşdırma aparılır.

Abşeron rayonunun Saray qəsəbəsində ağır yol-nəqliyyat hadisəsi qeydə alınıb.

"Report"un yerli bürosu xəbər verir ki, hadisə zamanı "Mitsubishi", "Ravon", "Opel" və "Toyota" markalı minik avtomobilləri toqquşub.

Qəza nəticəsində xəsarət alanların olduğu bildirilir.

Onlar dərhal xəstəxanaya çatdırılıblar.

Hadisə ilə bağlı araşdırma aparılır.

Son xəbərlər

Bütün Xəbər Lenti