Rauf Cabarov: "Sistem əhəmiyyətli banklar kibertəhlükəsizlik baxımından kritik sayılırlar"

Maliyyə
  • 09 oktyabr, 2025
  • 16:07
Rauf Cabarov: Sistem əhəmiyyətli banklar kibertəhlükəsizlik baxımından kritik sayılırlar

Azərbaycandakı sistem əhəmiyyətli banklar kibertəhlükəsizlik baxımından kritik sayılırlar.

"Report" xəbər verir ki, bunu "Azərbaycan Kibertəhlükəsizlik Təşkilatları Assosiasiyası" İctimai Birliyinin icraçı direktoru Rauf Cabarov Bakıda keçirilən fintex forumunda ("Baku Fintech Forum 2025") bildirib.

"Onlar həm Azərbaycan Mərkəzi Bankına, həm də Dövlət Təhlükəsizliyi Xidmətinə hesabat veriblər. Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi isə ümumilikdə biznesin təhlükəsizliyinə cavabdehdir. Ancaq dünya tendensiyası belədir ki, sən özün cavabdehsən, sadəcə hadisə baş verəndə gizlətməməlisən. Əgər gizlədirsənsə, təkcə özünə deyil, ekosistemə də ziyan vurursan. Bizim ölkədə yanaşma budur ki, konkret siyahı müəyyən edilib. Yəni, hansı banklar və holdinqlər hesabat verməlidirlər. Digər biznes subyektləri isə bu məsələdə demək olar ki, sərbəstdirlər", - deyə o qeyd edib.

Son xəbərlər

Bütün Xəbər Lenti