Qadın voleybolçular arasında Azərbaycan Yüksək Liqasında V turun daha 2 iki oyunu arxada qalıb

Komanda
  • 04 dekabr, 2025
  • 19:36
Qadın voleybolçular arasında Azərbaycan Yüksək Liqasında V turun daha 2 iki oyunu arxada qalıb

Qadın voleybolçular arasında Azərbaycan Yüksək Liqasında V turun növbəti matçları keçirilib.

"Report" xəbər verir ki, "Milli Aviasiya Akademiyası" komandası "Murov Az Terminal"lı 3:0 hesabı ilə məğlub edib.

Qarşılaşma Milli Aviasiya Akademiyasının idman zalında baş tutub.

Digər görüşdə isə "Turan" UNEC kollektivinə heç bir şans tanımayıb rəqibini eyni hesabla - 3:0 üstələyib.

Bu matç isə UNEC-in idman zalında keçirilib.

Qeyd edək ki, turun ötən gün baş tutan "DH Volley" - "Gənclər" görüşündə birincilər 3:0 hesablı qələbə qazanıb. Qadınlar arasında Yüksək Liqanın V turuna sabah yekun vurulacaq

Son xəbərlər

Bütün Xəbər Lenti