Şarl Mişel: Azərbaycandan Ermənistana yüklərin tranzitinə qoyulan məhdudiyyətlərin aradan qaldırılması mühüm addımdır

Xarici siyasət
  • 24 oktyabr, 2025
  • 14:18
Şarl Mişel: Azərbaycandan Ermənistana yüklərin tranzitinə qoyulan məhdudiyyətlərin aradan qaldırılması mühüm addımdır

Azərbaycan vasitəsilə Ermənistana yüklərin daşınmasına qoyulan məhdudiyyətlərin aradan qaldırılması qərarı çox mühüm addımdır.

Bunu "Report"a müsahibəsində Avropa İttifaqı Şurasının keçmiş prezidenti Şarl Mişel deyib.

O qeyd edib ki, bir neçə ay və ya il əvvəl belə bir vəziyyəti təsəvvür etmək çətin idi:

"Amma bu gün bu qərar artıq qəbul olunub – bu, real və konkret bir faktdır. Mən başa düşürəm ki, bu gün də hələ müəyyən çətinliklər və həssas məqamlar var və biz bunun fərqində olmalıyıq. Lakin belə qərarların qəbul edilməsi, fikrimcə, ümidverici bir siqnaldır. Arzum budur ki, qarşıdakı aylarda hər iki tərəf bu istiqamətdə əlavə səylər göstərərək sülh yolunu geridönməz etsin".

Xatırladaq ki, oktyabrın 21-də Qazaxıstanda dövlət səfərində olarkən Azərbaycan Prezidenti İlham Əliyev Ermənistana yük tranziti ilə bağlı işğal dövründən bəri mövcud olan bütün məhdudiyyətlərin aradan qaldırıldığını deyib.

Dövlət başçısı ilk belə tranzit yükün Qazaxıstan taxılının Ermənistana daşınması olduğunu qeyd edib.

Müsahibənin tam mətni ilə buradan tanış ola bilərsiniz.

Son xəbərlər

Bütün Xəbər Lenti