Azərbaycanın yunan-Roma güləşçiləri Vətənə qayıdıblar

Komanda
  • 25 oktyabr, 2025
  • 02:07
Azərbaycanın yunan-Roma güləşçiləri Vətənə qayıdıblar

Serbiyanın Novi Sad şəhərində keçirilən U-23 dünya çempionatını komanda hesabında üçüncü yerdə başa vuran Azərbaycanın yunan-Roma güləşçiləri Vətənə qayıdıblar.

"Report" xəbər verir ki, onları Heydər Əliyev Beynəlxalq Hava Limanında jurnalistlər və ictimaiyyət nümayəndələri qarşılayıblar.

Qeyd edək ki, komanda mundialda 2 qızıl və 1 bürünc medal qazanaraq 93 xalla üçüncü olublar. Milli medalların əyarına görə tarixinin ən yaxşı nəticəsinə imza atıb. Azərbaycan yalnız İran (143) və Ukraynadan (96) geri qalıb.

Baş məşqçi Aleksandr Tarakanov, böyük məşqçi Rövşən Bayramov, məşqçilər Həsən Əliyevlə Kamran Məmmədovun rəhbərliyi altında DÇ-yə qatılan heyətdə Elmir Əliyevlə (55 kq) Ziya Babaşov (63 kq) dünya çempionu olub. Ruslan Nurullayev (72 kq) isə üçüncü yeri tutub.

Son xəbərlər

Bütün Xəbər Lenti