ATƏT PA prezidenti Azərbaycan və Ermənistan arasında ikitərəfli prosesi alqışlayıb

Xarici siyasət
  • 19 noyabr, 2025
  • 16:21
ATƏT PA prezidenti Azərbaycan və Ermənistan arasında ikitərəfli prosesi alqışlayıb

Milli Məclisin ATƏT Parlament Assambleyasındakı nümayəndə heyətinin rəhbəri Qaya Məmmədov qurumun prezidenti Pere Joan Pons ilə görüşüb.

"Report" xəbər verir ki, görüş qurumun noyabrın 17-19-da İstanbulda keçirilən payız sessiyası çərçivəsində baş tutub.

P.J.Pons Azərbaycan və Ermənistan arasında avqustun 8-də Vaşinqtonda əldə edilmiş tarixi razılaşmaları alqışlayıb və iki ölkə arasında ikitərəfli qaydada aparılan proseslərə dəstəyini bildirib.

Görüş zamanı ATƏT PA-nın gündəliyində olan məsələlər və Assambleyanın gələcək fəaliyyəti barədə fikir mübadiləsi aparılıb.

Son xəbərlər

Bütün Xəbər Lenti