"Global Media Group"un nümayəndə heyəti Azərbaycanın Qazaxıstandakı səfirliyində görüş keçirib
- 19 noyabr, 2025
- 17:46
"Global Media Group"un nümayəndə heyəti Azərbaycanın Qazaxıstandakı səfirliyində görüş keçirib.
"Report" xəbər verir ki, görüş bir gün əvvəl Astana şəhərində "Xabar" Agentliyi ilə imzalanmış media əməkdaşlığı memorandumu fonunda baş tutub.
Görüş zamanı Azərbaycanın Qazaxıstandakı fövqəladə və səlahiyyətli səfiri Ağalar Atamoğlanov media sahəsində əməkdaşlığın iki ölkə arasında informasiya əlaqələrinin inkişafına önəmli töhfə verəcəyini bildirib.
Səfir qeyd edib ki, memorandum həm peşəkar standartların daha da güclənməsinə, həm də Azərbaycan və Qazaxıstan arasında informasiya mübadiləsinin genişlənməsinə yeni imkanlar açır.
Tərəflər media sahəsində birgə layihələr, informasiya məhsullarının mübadiləsi və yeni media formatlarının inkişafı ilə bağlı fikir mübadiləsi aparıblar