Prezident İlham Əliyev Rusiya Federal Təhlükəsizlik Xidmətinin direktorunu qəbul edib
Xarici siyasət
- 18 dekabr, 2020
- 14:26

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev dekabrın 18-də Rusiya Federasiyasının Federal Təhlükəsizlik Xidmətinin direktoru Aleksandr Bortnikovu qəbul edib.
"Report" xəbər verir ki, Federal Təhlükəsizlik Xidmətinin direktoru Aleksandr Bortnikov Rusiya Prezidenti Vladimir Putinin salamlarını dövlətimizin başçısına çatdırdı.
Görüşdə bölgədə mövcud vəziyyət, münaqişənin həlli, üçtərəfli Bəyanatın müddəalarının icrası müzakirə edilərək, vəziyyətin sabit olduğu bildirildi.
Söhbət zamanı Azərbaycanla Rusiya arasında təhlükəsizlik sahəsində əməkdaşlıq məsələləri müzakirə olundu.
Prezident İlham Əliyev Rusiya dövlətinin başçısının salamlarına görə minnətdarlığını bildirdi, onun da salamlarını Rusiya Prezidentinə çatdırmağı xahiş etdi.
Son xəbərlər
07:35
Alimlər yeni təhlükəli virus aşkarlayıblar
Elm və təhsil07:01
Çin "Yaoqan-40" peyklərinin üçüncü qrupunu uğurla orbitə çıxarıb
Digər ölkələr06:20
Dövlət İmtahan Mərkəzi bu gün əlavə imtahanlar keçirəcək
Elm və təhsil06:08
ABŞ-də helikopter qəzaya uğrayıb, ölənlər var
Digər ölkələr05:42
CNN: Tramp və Si Cinpin Cənubi Koreyada görüşə bilər
Digər ölkələr05:21
Almaniya hərbi təlim üçün Litvaya 1 000-dən çox texnika göndərib
Digər ölkələr04:38
KİV: Yaponiyanın sahil mühafizəsi rabitə üçün "Starlink" tətbiq edəcək
Digər ölkələr04:11
ABŞ-də zavodda yanğın baş verib
Digər ölkələr03:42