Almaniya hərbi təlim üçün Litvaya 1 000-dən çox texnika göndərib
- 07 sentyabr, 2025
- 05:21

Bundesver (Almaniya Silahlı Qüvvələri) hərbi münaqişədə Baltik dənizi regionunun müdafiəsinə yönələcək genişmiqyaslı "Quadriga-2025" təlimində iştirak üçün Litvaya 1 000-dən çox hərbi texnika göndərib.
"Report"un xəbərinə görə, bu barədə DPA agentliyi silahlı qüvvələrin nümayəndəsinə istinadən məlumat yayıb.
Məlumata görə, döyüş, zirehli təmir-bərpa, tibbi yük maşınları və digər texnikanı müşayiət edən heyətlə birlikdə Rostokdan Baltik dənizi üzərindən iki yük gəmisi ilə Litvaya aparılıb. Konvoy Klaypeda limanına çatdıqdan sonra Pabrade və digər Litvanın hərbi bazalarına yollanıb.
"Quadriga-2025" təlimləri avqustun 18-dən sentyabrın 30-dək Almaniya, Litva, Finlandiya və Baltik dənizində bir neçə mərhələdə keçirilir. Təlimlərə 14 ölkədən 8 000-dən çox hərbi qulluqçu, 40 gəmi, 30 təyyarə və 1 800-dən çox texnika cəlb olunub. Manevrlərə həmçinin quru, dəniz və hava yolu ilə qüvvə və texnikanın Litvaya ötürülməsi üçün "Grand Eagle" (Böyük Qartal) təlimi də daxildir.