Mişustin: "Moskva COVID-19 peyvəndinin istehsalı üçün Bakı ilə əməkdaşlığa hazırdır"
Xarici siyasət
- 20 may, 2021
- 11:29
Rusiya koronavirus əleyhinə peyvəndlərin istehsalı üçün Azərbaycanla əməkdaşlıq qurmağa hazırdır.
"Report" TASS agentliyinə istinadən xəbər verir ki, bunu Rusiyanın baş naziri Mixail Mişustin Moskvada azərbaycanlı həmkarı Əli Əsədovla görüşdə deyib.
M.Mişustin qeyd edib ki, Moskva və Bakı koronavirus infeksiyasına qarşı birgə mübarizə aparır.
O deyib ki, Rusiya Federasiyası operativ şəkildə Azərbaycana xüsusi test sistemləri, tibb mütəxəssislərindən ibarət qruplar göndərib, mayda isə “Sputnik V” peyvəndinin ilk partiyası Azərbaycana göndərilib.
“Biz həmçinin sizinlə birlikdə Rusiya peyvəndinin istehsalını təşkil etməyə hazırıq”, - M.Mişustin deyib.
Son xəbərlər
12:07
Sabahın hava proqnozu açıqlanıb
Ekologiya12:04
İrandan Azərbaycana 21 kiloqramdan çox narkotik keçirilməsinin qarşısı alınıb
Hadisə12:01
Foto
SOCAR-da "Vətəndaş cəmiyyəti təsisatları ilə işin təşkili" mövzusunda tədbir keçirilib
Energetika12:01
Azərbaycan millisinin baş məşqçisi: "Lüksemburqu məğlub etməyə gücümüz çatmadı"
Komanda12:00
Ləğv prosesində olan "Muğanbank"ın ünvanı dəyişib
Maliyyə11:55
ATƏT Minsk prosesi və onunla əlaqəli strukturların bağlanmasını başa çatdırıb
Digər11:54
Banqladeşin sabiq baş naziri və qohumlarının həbs müddəti uzadılıb
Digər ölkələr11:48
Amerikalı basketbolçu: "Azərbaycanı çox sevirəm"
Komanda11:44