Amerikalı basketbolçu: "Azərbaycanı çox sevirəm"

Komanda
  • 01 dekabr, 2025
  • 11:48
Amerikalı basketbolçu: Azərbaycanı çox sevirəm

"Sumqayıt"ın amerikalı basketbolçusu Si Cey Cons Azərbaycanı çox sevir.

"Report" xəbər verir ki, o, bunu klubun mətbuat xidmətinə açıqlamasında bildirib.

Amerikalı oyunçu ölkəmizdə ona yaradılan şərait haqqında danışıb:

"Sumqayıtı, həmçinin Bakını çox sevirəm. Hər gün səhər yuxudan durarkən pəncərəmdən dənizi seyr etmək çox gözəldir. Burada heç nədən şikayət edə bilmərəm. İnsanları, yeməkləri və bütünlüklə Azərbaycanı çox sevirəm".

Cons kollektiv daxilindəki ab-hava və cari mövsümdəki çıxışları haqda da fikirlərini bölüşüb:

"Komandada hər şey qaydasındadır. Bir-birimizi çox yaxşı başa düşürük. Həm meydanda, həm də ondan kənarda çox yaxşı vaxt keçiririk. Pis nətiələrin əsas səbəbi komandamızın tam formalaşmaması və bəzi oyunçuların yoxluğu idi. Hər kəs məşqçinin işini bəyənir və onun dediklərinə əməl edir. Biz növbəti oyunlarda ardıcıl qələbələr qazanmaq niyyətindəyik".

O, hədəflərdən də söz açıb:

"Pley-offa vəsiqə qazanmaq üçün çox yaxşı şansımız var. Uzun müddətli plana baxsaq, bunu gerçəkləşdirəcəyimizi düşünürəm".

Son xəbərlər

Bütün Xəbər Lenti