Səfir: Türkiyənin Azərbaycanın təcrübəsindən faydalanıb COP 31-i uğurla həyata keçirəcəyinə ümid edirəm
- 08 dekabr, 2025
- 15:51
Maldivin Azərbaycan üzrə qeyri-rezident səfiri Abdul Raheem Abdul Latheef Türkiyənin Azərbaycanın təcrübəsindən faydalanıb COP31-i uğurla keçirəcəyinə inandığını bildirib.
"Report"un Türkiyə bürosuna açıqlamasında iqamətgahı Ankarada yerləşən səfir müasir dünyanın hazırda iqlim dəyişiklikərindən əziyyət çəkdiyini vurğulayaraq, Azərbaycanın BMT-nin İqlim Dəyişmələri üzrə çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının (COP29) öhdəsindən uğurla gəldiyini qeyd edib.
O, ölkəsinin Prezidenti Məhəmməd Muizzunun bu beynəlxalq tədbirdə iştirakını və Bakıya səfəri zamanı Prezident İlham Əliyevlə görüşdüyünü xatırladıb:
"İki ölkə rəhbərinin bu görüşü əlaqələrimizin inkişafına müsbət təsir etdi. Biz iqlim diplomatiyasını alqışlayırıq. Ümid edirəm, Türkiyə də Azərbaycanın təcrübəsindən faydalanıb COP 31-i uğurla həyata keçirəcək".
Səfir Maldiv ilə Azərbaycan arasında əlaqələrlə bağlı prioritetlərini də açıqlayıb:
"Hədəfim iki ölkə arasında ilk növbədə iqtisadi əlaqələnin gücənməsi olacaq. Çünki ölkəmizin əsas gəlir mənbəyi tamamilə Maldiv və adalarının turizmindən asılıdır. Azərbaycanla bu sahədəki əlaqələrimizin inkişaf edəcəyini səbirsizliklə gözləyirəm. Ümid edirəm Azərbaycan və Maldiv turizm, iqtisadiyyat sahələrində bir-birindən faydalana biləcək".