İlham Əliyev təyyarə qəzası ilə əlaqədar Türkiyə Prezidentinə başsağlığı verib
Xarici siyasət
- 11 noyabr, 2025
- 16:44
Prezident İlham Əliyev Türkiyəyə məxsus hərbi yük təyyarəsinin Gürcüstan ərazisində qəzaya uğraması ilə əlaqədar Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğana başsağlığı verib.
"Report" xəbər verir ki, başsağlığı mətnində deyilir:
"Əziz Qardaşım.
Gəncədən qalxan və Türkiyə Hərbi Hava Qüvvələrinə məxsus hərbi yük təyyarəsinin Gürcüstan ərazisində qəzaya uğraması nəticəsində hərbçilərin həlak olması barədə xəbər bizi son dərəcə sarsıtdı.
Bu ağır anlarda kədərinizi bölüşür, baş vermiş faciə ilə əlaqədar Sizə, həlak olanların ailələrinə və yaxınlarına, qardaş Türkiyə xalqına öz adımdan və Azərbaycan xalqı adından dərin hüznlə başsağlığı verirəm.
Allah rəhmət eləsin!"
Son xəbərlər
18:53
Türkiyə və Gürcüstan XİN başçıları təyyarə qəzası barədə müzakirə aparıblar
Region18:39
Ermənistan və Danimarka əməkdaşlıq müqaviləsi imzalayıblar
Region18:34
Nümayəndəlik: Azərbaycan-NATO tərəfdaşlığının müsbət inkişafından məmnunuq
Xarici siyasət18:32
Azərbaycan FHN ehtiyac yaranacağı halda Gürcüstanda xilasetmə əməliyyatlarına cəlb ediləcək
Daxili siyasət18:24
Qəzaya uğrayan Türkiyəyə məxsus hərbi təyyarənin göyərtəsində 20 hərbçi olub
Xarici siyasət18:14
Dövlət Bağçalı: Azərbaycan və Türkiyə bütün qaranlıq ssenariləri birlikdə pozacaq
Region18:13
Lavrov: Moskva ABŞ ilə sammitə hazırlığı müzakirə etməyə hazırdır
Digər ölkələr18:04
Foto
Gəncədə aerobika gimnastikası üzrə Avropa çempionatına yekun vurulub - YENİLƏNİB
Fərdi18:01
Foto