Nümayəndəlik: Azərbaycan-NATO tərəfdaşlığının müsbət inkişafından məmnunuq

Xarici siyasət
  • 11 noyabr, 2025
  • 18:34
Nümayəndəlik: Azərbaycan-NATO tərəfdaşlığının müsbət inkişafından məmnunuq

Azərbaycan NATO-dakı nümayəndəsi Cəfər Hüseynzadə alyansın baş katibinin siyasi məsələlər və təhlükəsizlik siyasəti üzrə köməkçisi Boris Ruqe ilə görüşüb.

"Report" xəbər verir ki, bu barədə Azərbaycanın NATO-dakı nümayəndəliyinin "X" hesabında yazılıb.

Qeyd olunub ki, görüş çərçivəsində noyabrın 6-7-də alyansın Türkiyənin müxtəlif ölkələrdən - Türkiyə, Yunanıstan, Macarıstan, Monteneqro, Norveç, Slovakiya, Sloveniya, İsveç, Çex Respublikası, Portuqaliya, İspaniya, ABŞ və Fransadan olan səfirlərinin Azərbaycana ilk səfərinin uğurlu nəticəsi barədə baş katibin müavininə məlumat verilib.

"Azərbaycan-NATO tərəfdaşlığının müsbət inkişafından məmnunuq", - paylaşımda bildirilib.

Son xəbərlər

Bütün Xəbər Lenti