Ermənistan və Danimarka əməkdaşlıq müqaviləsi imzalayıblar

Region
  • 11 noyabr, 2025
  • 18:39
Ermənistan və Danimarka əməkdaşlıq müqaviləsi imzalayıblar

Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan Kopenhagenə səfəri çərçivəsində danimarkalı həmkarı Lars Lokke Rasmussen ilə görüşüb.

"Report"un məlumatına görə, bu barədə Danimarka Xarici İşlər Nazirliyi xəbər yayıb.

Nazirlik Rasmussenin sözlərini sitat gətirib: "Biz (Danimarka və Ermənistan – red.) aramızda əməkdaşlığı gücləndiririk. Bu gün erməni həmkarım Ararat Mirzoyanla görüşdüm, ölkələrimiz arasında daha sıx tərəfdaşlığa doğru mühüm addım olan yeni əməkdaşlıq müqaviləsi imzaladıq".

Son xəbərlər

Bütün Xəbər Lenti