"Kəpəz"in baş məşqçisi: "Stresdən və gərginlikdən çıxmağın yollarını axtarırdıq"
- 17 oktyabr, 2025
- 17:15
"Kəpəz" futbol komandası stresdən və gərginlikdən çıxmağın yollarını axtarıb.
"Report" xəbər verir ki, bu barədə Gəncə təmsilçisinin baş məşqçisi Azər Bağırov mətbuat konfransında açıqlama verib.
Mütəxəssis Misli Premyer Liqasının VIII turunda səfərdə "Şamaxı"ya 4:1 hesabı ilə qalib gəldikləri oyundan sonra fikirlərini bölüşüb:
"Qələbəni azarkeşlərimizə həsr edirik. Xüsusən də Babək adlı azyaşlı azarkeşimizə. Gəncədən çıxarkən mənə mütləq qələbə qazanacağımıza inandığını bildirdi. Çətin oyun olacağını bilirdik. Bu stresdən və gərginlikdən çıxmağın yollarını axtarırdıq. İnanıram ki, bu bir açar olacaq. Yaxşı formalaşmış komandaya qarşı oynadıq. "Şamaxı" necə oynamaq lazım olduğunu bilir. Biz də təhlillərimizi aparmışdıq. Şükürlər olsun ki, qələbə qazandıq, azarkeşlərimizi sevindirdik".
Qeyd edək ki, "Kəpəz" Misli Premyer Liqasının turnir cədvəlində 3 xalla sonuncu - 12-ci pillədə qərarlaşıb.