Qırğızıstan və Macarıstan arasında Əməkdaşlığa dair Yol Xəritəsi imzalanıb - YENİLƏNİB
- 17 oktyabr, 2025
- 17:21

Qırğızıstan Xarici İşlər Nazirliyi və Macarıstanın Xarici İşlər və Ticarət Nazirliyi arasında 2026-2028-ci illər üzrə əməkdaşlığın inkişafına dair Yol Xəritəsi imzalanıb.
"Report" xəbər verir ki, bu barədə Qırğızıstan XİN məlumat yayıb.
Sənədi hər iki ölkənin xarici işlər nazirləri Jeenbeк Kulubayev və Peter Siyarto Budapeştdə keçirilən Qırğızıstan-Macarıstan Strateji Şurasının 5-ci iclasının yekunu üzrə imzalayıb.
İclas çərçivəsində tərəflər siyasi, ticarət-iqtisadi, investisiya və mədəni-humanitar sahələrdə ikitərəfli əməkdaşlığın genişləndirilməsi perspektivlərini, həmçinin energetika, nəqliyyat, kənd təsərrüfatı, texnologiya və təhsil sahələrində qarşılıqlı əlaqələrin gücləndirilməsini müzakirə ediblər. Macarıstan-Qırğızıstan İnkişaf Fondunun fəaliyyətinə xüsusi diqqət yetirilib.
"Qırğız Respublikası və Macarıstan arasında ticarət-iqtisadi və investisiya əlaqələrini daha da genişləndirmək məqsədilə tezliklə iqtisadi əməkdaşlıq üzrə Qırğızıstan-Macarıstan Birgə Hökumətlərarası Komissiyasının və Qırğızıstan-Macarıstan Biznes Şurasının növbəti iclaslarının keçirilməsi barədə qərar qəbul edilib. Energetika, nəqliyyat, kənd təsərrüfatı, texnologiya, ekologiya və təhsil sahələrində əməkdaşlığın gücləndirilməsinin əhəmiyyəti qeyd olunub", - nazirlikdən bildirilib.
Qırğızıstanın xarici işlər naziri Jeenbek Kulubayev Macarıstanın xarici işlər və ticarət naziri Peter Siyartonun dəvəti ilə bu gün Macarıstana səfər edəcək.
"Report" xəbər verir ki, bu barədə Qırğızıstan XİN məlumat yayıb.
Səfər çərçivəsində J.Kulubayev Qırğızıstan-Macarıstan Strateji Şurasının 5-ci iclasında iştirak edəcək. İclasda XİN başçıları iki ölkə arasında ticarət-iqtisadi, investisiya və mədəni-humanitar sahələrdə əməkdaşlığın mövcud vəziyyətini və perspektivlərini müzakirə edəcəklər. Tərəflər həmçinin beynəlxalq və regional məsələlərlə bağlı fikir mübadiləsi aparacaqlar.
İclasın sonunda ikitərəfli sənədlərin imzalanması planlaşdırılır.