Gəncədə Türkiyənin Cümhuriyyət Günü qeyd edilib
Xarici siyasət
- 29 oktyabr, 2025
- 19:31
Gəncə şəhərində Türkiyə Cümhuriyyətinin yaranmasının 102-ci ildönümü qeyd olunub.
"Report"un Qərb bürosunun məlumatına görə, bu münasibətlə Türkiyənin Gəncə şəhərindəki Baş Konsulluğunun təşkilatçılığı ilə rəsmi tədbir keçirilib.
Tədbirdə baş konsul Rəcəb Oztop, şəhər rəsmiləri, müxtəlif idarə və təşkilatların rəhbərləri, ictimaiyyət nümayəndələri iştirak ediblər.
Çıxışlar zamanı Türkiyə Cümhuriyyətinin yaranma tarixindən və Azərbaycan-Türkiyə qardaşlığından bəhs edilib.
Qeyd edək ki, 1923-cü il oktyabrın 29-da Türkiyə Böyük Millət Məclisi Cümhuriyyəti elan edib və 1925-ci ildə bu günün Türkiyə dövlətinin yaranması günü kimi qeyd olunması barədə qanun qəbul edilib.
Son xəbərlər
05:19
"CBS News": ABŞ "HIMARS"la Çinə güc nümayiş etdirə bilər
Digər ölkələr04:39
Depressiya və demensiya arasında gözlənilməz əlaqə tapılıb
Sağlamlıq04:07
"CNN": Tayvan ABŞ ilə münasibətlərin soyumasından narahatdır
Digər ölkələr03:33
"Exit-poll": Niderlandda keçirilən seçkilərdə "Demokratlar 66" partiyası liderdir
Digər ölkələr03:02
Cənubi Koreya tariflərin azaldılması müqabilində ABŞ-yə 350 milyard dollar ödəyəcək
Digər ölkələr02:37
Kiyevin bir neçə rayonu işıqsız və istiliksiz qalıb
Digər ölkələr02:12
"Liverpul" öz meydanında böyük hesabla məğlub olub
Futbol01:39
ÜST: Qlobal istiləşmədən hər dəqiqə bir insan ölür
Ekologiya01:06