"Exit-poll": Niderlandda keçirilən seçkilərdə "Demokratlar 66" partiyası liderdir

Digər ölkələr
  • 30 oktyabr, 2025
  • 03:33
Exit-poll: Niderlandda keçirilən seçkilərdə Demokratlar 66 partiyası liderdir

Niderlandda keçirilən parlament seçkilərində ilk proqnozlara əsasən, Avropayönlü "Demokratlar 66" (D66) partiyası öndədir.

"Report" xəbər verir ki, bu barədə "Ipsos" tədqiqat mərkəzinin keçirdiyi "exit-poll"un məlumatlarında göstərilib.

Qeyd olunub ki, sosial-liberal mərkəz partiyası parlamentdəki 150 yerdən 27-sinə sahib olacaq.

Radikal sağçı Geert Vildersin rəhbərlik etdiyi sağ populist Azadlıq Partiyasının (PVV) 25, liberal yönlü VVD partiyasının isə 23 yer deputat mandatına sahib olacağı ehtimal edilir. Exit-poll nəticələri NOS telekanalında canlı yayımlanıb.

Xatırladaq ki, 2023-cü il seçkilərində sağ populistlər qalib gəliblər.

Son xəbərlər

Bütün Xəbər Lenti