"CNN": Tayvan ABŞ ilə münasibətlərin soyumasından narahatdır

Digər ölkələr
  • 30 oktyabr, 2025
  • 04:07
CNN: Tayvan ABŞ ilə münasibətlərin soyumasından narahatdır

Tayvan Donald Trampın ikinci prezidentliyi dövründə Vaşinqtonla soyumuş münasibətlərin aradan qaldırmağın yollarını axtarır.

"Report"un məlumatına görə, bu barədə "CNN" mənbələrə istinadən məlumat yayıb.

Amerika lideri daha əvvəl bəyan edib ki, Tayvanın ABŞ-ın mikroçip istehsalı biznesini ələ keçirib.

Tramp Çinlə ticarət sazişi üzərində işləyərkən, onun administrasiyası adaya bəzi hərbi yardımı dayandırıb və Tayvanın baş nazirindən Mərkəzi Amerikaya gedən yolda ABŞ-da tranzit dayanacaq yaratmamasını istəyib.

Üstəlik, bu payızda ABŞ-nin yüksək rütbəli rəsmiləri sıx iş qrafikinə əsaslanaraq, adanın xarici işlər nazirinin BMT Baş Assambleyası çərçivəsində Nyu-Yorkda keçirilən tədbirinə qatılmayıblar.

Taypey isə Vaşinqtonla münasibətləri yaxşılaşdırmağı, o cümlədən ABŞ-dakı nümayəndəsini dəyişdirməyi düşünür. Alekandr Yu hazırda ABŞ-dakı Taypey İqtisadiyyat və Mədəniyyət Ofisinə (de-fakto səfirlik) rəhbərlik edir. Tayvan administrasiyası onun yerinə daha siyasəti bilən diplomat təyin etmək istəyir.

Son xəbərlər

Bütün Xəbər Lenti