Federasiya rəhbəri: Azərbaycan xilasedicilərinin hazırlıq səviyyəsi sürətlə artır

Xarici siyasət
  • 03 dekabr, 2025
  • 11:32
Federasiya rəhbəri: Azərbaycan xilasedicilərinin hazırlıq səviyyəsi sürətlə artır

Azərbaycan xilasedicilərinin hazırlıq səviyyəsi sürətlə artır.

Bu barədə "Report"a açıqlamasında Yanğınsöndürənlərin və Xilasedicilərin Beynəlxalq İdman Federasiyasının prezidenti daxili xidmət general-polkovniki Aleksandr Çupriyan bildirib.

"Azərbaycan (Azərbaycan xilasediciləri - red.) gözümüzün qarşısında inkişaf edir", - o qeyd edib.

O qeyd edib ki, Azərbaycana ilk dəfə 2008-ci ildə səfər edib və xilasetmə işçilərinin hazırlıq səviyyəsində və ölkənin Fövqəladə Hallar Nazirliyinin işində köklü dəyişikliklər görür.

Bakıda Yanğınsöndürənlərin və Xilasedicilərin Beynəlxalq İdman Federasiyasına üzv ölkələrin yanğın-xilasetmə xidmətləri rəhbərlərinin XXVI Beynəlxalq Konfransının keçirilməsindən bəhs edən A.Çupriyan qeyd edib ki, nazirlik səviyyəsində təmaslar həm kuluarlarda, həm də əsas tədbirdə baş tutur, bu da koordinasiya və qarşılıqlı əlaqə dərəcəsini yaxşılaşdırır.

"Hazırkı ünsiyyət, hətta qeyri-rəsmi ünsiyyət də olduqca dəyərlidir. Çünki biz sadəcə idmanı təmsil etmirik, biz yanğın-xilasetmə xidməti haqqında, yəni hazırlıq, dəyişikliklər və texnologiyalar barədə danışırıq. Bu, ölkələrimizin təhlükəsizliyinə yönəlmiş tədbirlər kompleksidir", - A.Çupriyan vurğulayıb.

"Yanğınsöndürənlərin və Xilasedicilərin Beynəlxalq İdman Federasiyası" Beynəlxalq Assosiasiyası 2001-ci ildə I Ümumdünya yanğın-xilasetmə xidmətləri rəhbərlərinin konfransının qərarı ilə yaradılıb və dünyanın 33 ölkəsindən olan yanğınsöndürənləri və xilasediciləri birləşdirir.

Son xəbərlər

Bütün Xəbər Lenti