Federika Mogerini və Aİ-nin daha iki sabiq rəsmisi sərbəst buraxılıb
- 03 dekabr, 2025
- 12:12
Avropa diplomatiyasının sabiq rəhbəri Federika Moqerini, Avropa Xarici Siyasət Xidmətinin keçmiş baş katibi Stefano Sannino və Çezare Dzeqretti Aİ-nin diplomatik xidmətindəki korrupsiya işinin araşdırılması çərçivəsində onlara rəsmi ittihamlar irəli sürüldükdən sonra sərbəst buraxılıblar.
"Report" xəbər verir ki, bu barədə "La Repubblica" qəzeti yazıb.
"Belçika cinayət polisi tərəfindən dindirildikdən sonra hər üç şəxsə qarşı satınalmalar sahəsində dələduzluq və korrupsiya, maraqların toqquşması və peşə sirrinin açıqlanması ilə bağlı ittihamlar irəli sürülüb. Onlar qaçma və ya istintaqa müdaxilə riski olmadığı üçün sərbəst buraxılıblar", - nəşr yazıb.
Həmin şəxslər səlahiyyətli Belçika məhkəmələri tərəfindən günahları sübuta yetirilənə qədər günahsız sayılırlar.