Ersin Tatar: Türkiyənin təminatı Şimali Kiprin təhlükəsizliyinin qarantıdır

Xarici siyasət
  • 07 oktyabr, 2025
  • 15:03
Ersin Tatar: Türkiyənin təminatı Şimali Kiprin təhlükəsizliyinin qarantıdır

Türkiyənin təminatı Şimali Kiprin təhlükəsizliyinin və sabitliyinin qarantıdır.

"Report" xəbər verir ki, bu barədə Şimali Kipr Türk Respublikasının Prezidenti Ersin Tatar oktyabrın 7-də Qəbələdə keçirilən Türk Dövlətləri Təşkilatının (TDT) Dövlət Başçıları Şurasının 12-ci Zirvə görüşündə danışıb.

O, bu çərçivədə Şimali Kipr gələcəyə inamla baxa biləcəyini vurğulayıb:

"Bizə göstərdiyi müntəzəm dəstəyə görə Türkiyəyə təşəkkür edirik. Türkiyənin təminatı Şimali Kiprin təhlükəsizliyinin və sabitliyinin qarantıdır. Biz bunun davam etdirilməsi üçün Türkiyənin qarant ölkə kimi adada mövcudluğuni davam etdirməsinin istəyirik. Şimali Kipr olaraq münaqişənin yox, əməkdaşlıq və sülhün tərəfdarıyıq. Ona gö də Cənubi Kiprlə dialoq üçün davamlı addımlar atmışıq".

E.Tatar qeyd edib ki, Şimali Kiprin TDT-yə müşahidəçi üzv kimi qəbul olunması Türk dünyasının onları dəstəklədiyinin göstəricisidir.

Son xəbərlər

Bütün Xəbər Lenti