Ərdoğan: Türkiyə Azərbaycanın nail olduğu irəliləyişin şahidi olmaqdan böyük qürur hissi keçirir

Xarici siyasət
  • 07 noyabr, 2025
  • 14:23
Ərdoğan: Türkiyə Azərbaycanın nail olduğu irəliləyişin şahidi olmaqdan böyük qürur hissi keçirir

Türkiyə Azərbaycanın nail olduğu irəliləyişin şahidi olmaqdan böyük qürur hissi keçirir.

"Report" xəbər verir ki, bu barədə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan azərbaycanlı həmkarı İlham Əliyevə Zəfərin beşinci ildönümü münasibətilə ünvanladığı təbrikdə deyilib.

Türkiyə Prezidenti qeyd edib ki, azad edilən vətən torpaqlarının sürətli dirçəlişi və yenidən qurulmasında əldə edilən irəliləyiş təqdirəlayiqdir:

"Bu əlamətdar günün ildönümündə Türkiyə kədərini öz kədəri, sevincini öz sevinci hesab etdiyi qardaş Azərbaycanın həm regionda, həm də ondan kənarda inamlı addımlarla nail olduğu irəliləyişin şahidi olmaqdan böyük qürur hissi keçirir".

Son xəbərlər

Bütün Xəbər Lenti