Murad Muradov: Beyin mərkəzləri Cənubi Qafqazda əməkdaşlığın genişlənməsinə töhfə verir

Xarici siyasət
  • 18 noyabr, 2025
  • 13:49
Murad Muradov: Beyin mərkəzləri Cənubi Qafqazda əməkdaşlığın genişlənməsinə töhfə verir

Beyin mərkəzləri Cənubi Qafqazda sülhün möhkəmləndirilməsinə və əməkdaşlığın genişləndirilməsinə kömək edir.

"Report" xəbər verir ki, bunu Azərbaycan-ABŞ Beyin Mərkəzlərinin Birinci Forumundakı çıxışında Topçubaşov Mərkəzinin direktor müavini Murad Muradov deyib.

"Forum Cənubi Qafqazın geosiyasətində danışıqlara, risklərin qiymətləndirilməsinə və təhlükəsizliyə yönəlib. Beyin mərkəzləri hazırkı tarixi dövrdə böyük rol oynayır - onlar ikitərəfli əlaqələrin bərpasına kömək edir, davamlı dialoq üçün platformanı təmin edir və yaxşı niyyətləri real nəticələrə çevirirlər", - o qeyd edib.

Direktor müavininin sözlərinə görə, ABŞ indi regionda sülhü təşviq edən əsas amil kimi çıxış edir və beyin mərkəzləri tərəfindən yaradılan platforma ölkələrə daha geniş mənzərəni görməkdə və bu təşəbbüsləri həyata keçirməkdə kömək edə bilər.

O, həmçinin vurğulayıb ki, mövcud vəziyyət iqtisadi əməkdaşlıq, xarici investisiyaların cəlb edilməsi və regionda sabitliyin möhkəmləndirilməsi üçün yeni imkanlar açır.

"Mərkəzi Asiyanın da qoşulması nəzərə alınmaqla irimiqyaslı layihələrin həyata keçirilməsi və Cənubi Qafqaz ölkələrinin investisiya cəlbediciliyinin artırılması üçün şərait yaranır", - M.Muradov əlavə edib.

Son xəbərlər

Bütün Xəbər Lenti