Azərbaycanın U-15 yığması UEFA İnkişaf Turnirində ilk oyununu keçirib

Futbol
  • 18 noyabr, 2025
  • 14:01
Azərbaycanın U-15 yığması UEFA İnkişaf Turnirində ilk oyununu keçirib

Azərbaycanın 15 yaşadək futbolçulardan ibarət millisi UEFA İnkişaf Turnirində ilk oyununu keçirib.

"Report"un məlumatına görə, U-15 Monteneqro ilə üz-üzə gəlib.

Kişineuda yerləşən Moldova Futbol Federasiyasının Texniki Mərkəzində keçirilən görüş rəqibin 1:0 hesablı qələbəsi ilə yekunlaşıb.

Qeyd edək ki, U-15 turnirdə ikinci matçını noyabrın 20-də Bolqarıstan yığmasına qarşı keçirəcək.

Son xəbərlər

Bütün Xəbər Lenti